Card image cap
Mühasibat uçotu Təlimi

"Rəqəmsal Zona MMC"- də Beynəlxalq Mühasibat uçotunun əsasları, Vergi Məcəlləsi təsnifatı və bəyannamələrin tərtibatı təliminə

qeydiyyata start veririk! 

✅ Proqram Beynəlxalq Mühasibat uçotunun əsasları, Vergi Məcəlləsi təsnifatı və bəyannamələrin tərtibatı  sahəsinin hər bir istiqaməti

üzrə bağlıdır 

💼 Beynəlxalq Mühasibat uçotunun əsasları, Vergi Məcəlləsi təsnifatı və bəyannamələrin tərtibatı kursumuz ➡️ 3 ay, 25 dərs, 50 saatdan

ibarətdir 

Keçirilən Mövzular: 

1. Mühasibat uçotuna giriş, mühasibin əsas vəzifələri, maliyyə bərabərliyi və hesabat növləri 

2. Aktiv və passiv hesablar, yeni hesabları planının təsnifatı 

3. Debet və Kredit, Mənfəət və zərər, Balans hesabatı nümunə 

4. Pul vəsaitlərinin, kassa və bank əməliyyatlarının aparılması, müxabirləşmələrin yazılması 

5. Mal-materialların və xidmətin alışı proseduru, Ticarət əməliyyatlarının mahiyyəti, Ehtiyatların uçot sistemləri 

6. Mənfəətin növləri və hesablanma qaydaları, Satılan malların Maya Dəyərinin (SMMD)hesablanması 

7. Müvəqqəti hesabların bağlanması, Anbardarın işləri və ona nəzarət 

8. Debitor və Ümidsiz borcların uçotu, Debitor borcların mahiyyəti və növləri, Aktivlərin növləri 

9. Amortizasiya anlayışı, amortizasiyanın növləri, hesablanma qaydası 

10. Gələcək dövrün gəlirlərinin və avansların uçotu, Kreditor borcların və digər öhdəliklərin uçotu

11. Əmək haqqı cədvəli, Gross əmək haqqı, Xəstəlik üçün müavinət, Sosial sığorta stajına uyğun müəyyən olunan faiz dərəcələri,Uşağa

qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət

12. ƏMAS və Onlayn bankingin mahiyyəti, işləyişi, büdcə, əmək haqqı və s ödənişlərin hazırlanması, və ödənilməsi, büdcə təsnifat

kodlarının mahiyyəti 

13. Vergi anlayışı, Vergi Məcəlləsinin təsnifatı, Vergi növləri, faiz dərəcələri, hesabat vermə vaxtları, vergi məsuliyyəti 

14. Mənfəət (Gəlir) vergi bəyannaməsi, ƏDV, Sadələşdirilmiş vergi, Əmlak vergisi, Bəyannamələrin hazırlanması

☑️ Kursa daxildir: 

✅ Təlim materialları

✅ Praktiki çalışmalar 

✅ Yekun imtahan 

✅ Tәlim proqramında iştirak edәn vә uğurlu olan hәr kәsә "RƏQƏMSAL ZONA" MMC-nin rəsmi sertifikatı verilәcәkdir.

Müraciət edin