Card image cap
HR Assistant

Nəzəri-Praktiki "HR Assistant" təliminin 14-cü sessiyasına qeydiyyata start verildi.

İR sahəsində karyera qurmaq istəyən, bu sahəyə marağı olan və bu sahədə işə başlayan şəxsləri peşəkar təlimçilərimizlə birlikdə iş həyatına hazırlayırıq. İnsan resurslarının idarə edilməsi sahəsində 10 ildən çox həm dövlət, həm də özəl müəssisələrdə zəngin təcrübəyə sahib, hazırda "RAM" Holdinqdə Təlim və İnkişaf Meneceri vəzifəsini icra edən Samir Həmzəyev öz təcrübələrini bu sahədə karyerasına yeni başlayanlara İR modullarını həm nəzəri, həm də praktiki şəkildə real keyslər əsasında bölüşəcəkdir. Eyni zamanda bu təlimə öz işçi hüquqları haqqında maariflənmək istəyən digər peşə nümayəndələri də qatılaraq, faydalana biləcəkdir.


Mündəricat:


1. İR fəaliyyəti, təşkilati struktur və ştat cədvəli
-ASAN imza və ya elektron imzanın əldə edilməsi
-Təşkilati struktur və formaları
-Ştat cədvəli və onun formalaşdırılması
-İnsan resurslarının təşkilati strukturda yeri
-İnsan resursları şöbəsinin ümumi fəaliyyəti

2. Rəsmiləşdirmə
-E-gov, E-sosial və ƏMAS
-Ərizə formaları, tərtibi, qeydiyyatı
-Əmək müqaviləsi
-Əmrlər, əmrin tərtibi, qeydiyyatı və saxlanılması
-Əmək kitabçası, işlənilməsi, saxlanması və qeydiyyatı
-İntizam tənbehi tədbirlərinin rəsmiləşdirilməsi
-İzahat, akt və əmr
-Giriş-çıxış qeydiyyat vərəqəsinin tərtibi və tətbiqi

3. Əmək şəraiti şərtləri və iş rejimi normaları
-İş və İstirahət Vaxtı
-Tam və natamam iş qrafiki
-Növbəli iş rejimi
-Əməyin cəmlənmiş uçotu
-İşəmuzd və vaxtamuzd
-Ezamiyyə qaydaları
-Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və başqa işə keçirmə
-Sərbəst iş qrafiki

4. Məzuniyyətlər
-Məzuniyyət hüququ, müddətləri və realizəsi
-Məzuniyyət qrafikinin tərtib edilməsi
-Məzuniyyətə görə kompensasiya
-Təhsil məzuniyyəti
-Sosial məzuniyyətlər
-Qismən ödənişli sosial məzuniyyət
-Müavinət təyin edən komissiyanın yaradılması
-Xəstəlik vərəqələrinin qeydiyyatı və doldurulması
-Uşağın anadan olmasına görə müavinət

5. Əmək münasibətlərinə xitam
-Əmək müqaviləsinin tərtibi
-Xitamın əsasları
-Müddətli əmək müqaviləsi
-İxtisar zamanı müqaviləyə xitam verilməsi
-Kobud pozuntu hallarında xitam
-Son haqq-hesab sənədlərinin tərtib edilməsi
-Xasiyyətnamə, arayış və çıxarışların verilməsi

6. Hesabatlar, cərimə və sanksiyalar
-Əmək qanunvericliyinin pozulması halları
-Məşğulluq hesabatları
-Statistika hesabatları
-Əmək Müfəttişliyi tərəfindən yoxlamalar
-Pozuntu halları nəticəsində tətbiq olunan cərimə və sanksiyalar

7. Əmək haqqı və məzuniyyətlərin hesablanması
-Əmək haqqı və onun ödəniş üsulları
-Gross (brutto) və Nett (netto) əmək haqqı
-Əməyin ödənilməsi: Vaxtamuzd, işəmuzd
-Əmək haqqı (nümunələrlə) hesbalanması: Dövlət və neft/qaz və qeyri-dövlət sektoru.
-Məzuniyyətlərin (Əmək, sosial və təhsil) hesbalanması

8. İşə qəbul və adaptasiya
-İşçi tələbinin yaranması prosesi
-İşçi axtarışı
-CV-lərin çeşidlənməsi və işlənilməsi
-Müsahibə və seçim
-Employer branding
-Oreintasiya və adaptasiya prosesi

9. Qiymətləndirmə,mükafatlandırma və motivasiya

-Qanunvericilikdə mükafatlandırma
-İR qiymətləndirmə sistemləri
-Qiymətləndirimə prosesinin qurulması
-KPI, CSF, KRI və səriştə aysbergi
-Motivasiya, nəzəriyyələri, növləri

10. Çalışmalar, tapşırıqlar, quizlər

*Mövzular real keyslər əsasında və nümunələrlə tədris edilir.

Təlimçi: Samir Həmzəyev
Təhsili: Xəzər Universiteti, Beynəlxaq Hüquq (ingilis dili sektoru)
Təcrübəsi: Gəmiqayırma, Veysəloğlu, Gəmiqaya kimi holdinqlərdə 10 ildən çox İnsan Resurslarının bütün modulları üzrə peşəkar təcrübə
Hazırkı fəaliyyəti: Ram Holdinqdə Təlim və İnkişaf üzrə Menecer
Sertifikat: TOT

Üstünlüyümüz
- 7 İldən çoxdur ki, Recruitment və 3 ildir ki, təlim-tədris üzrə peşəkar fəaliyyət
-Özəl və Dövlət müəssisələri olmaqla, 300-dən çox partnyor
-Etibarlılığı, keyfiyyətli xidməti və innovativliyi ilə seçilmək
-Tələbələrimizin hər birinin təmənnasız işlə təmin edilməsinə maksimum dəstək, öz şirkətimizdə və partnyor şirkətlərdə təcrübə keçmək imkanı
-Keçmiş tələbələrimizin hazırda karyera sahibi olması
-Təlimlər bitdikdən sonrakı dövrlərdə mərkəzimiz və təlimçi tərəfindən dəstək
-İş prosesində tətbiq ediləcək formatda tədris metodu


*Təlimin müddəti: 20 saat
*Təlimin tezliyi: həftədə 2 dəfə
*İştirakçı sayı: 8-10 nəfər
*Ödəniş: Əyani qrup üçün 249 AZN
*Ödəniş: Onlayn qrup üçün 199 AZN
Hissəli ödəniş mümkündürmü? -Bəli

*Təlimin 80% hissəsində iştirak edənlərə sertifikat təqdim edilir
*İştirakçılar imtahan nəticələrinə əsasən iştirakçı və ya müvəffəqiyyət sertifikatı əldə edəcəkdir.

*Öncədən qeydiyyat olan şəxslər üçün 10% endirim ediləcəkdir.


Müraciət edin